Şou biznes
Məşhur britaniyalı aktyor vəfat etdi
Britaniyalı teatr və kino aktyoru Patrik Qodfri 94 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "Markham Froggatt & Irwin" agentliyi məlumat yayıb. Məlumata görə, aktyor ötən gecə ailəsinin əhatəsində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Patrik Qodfridən həyat yoldaşı, aktrisa Amanda Uoker, bir oğlu və bir qızı yadigar qalıb. 1933-cü ildə London şəhərində anadan olan aktyor 1970-1980-ci illərdə bir sıra məşhur Britaniya film və televiziya layihələrində rol alıb. O, xüsusilə, "Qraf Monte-Kristo" və "Səfillər" ekran əsərlərindəki obrazları ilə tanınıb. Qodfri dünya şöhrətini isə "Əbədi Sevginin Tarixi" filmində Leonardo da Vinçi obrazını canlandırdıqdan sonra qazanıb. Bundan əlavə, o, "Doktor Hu", "İnspektor Mors" və "Puaro" seriallarında da yaddaqalan rollar ifa edib.
Mənbə
oxu.az