Digər

Trampdan İrana xəbərdarlıq: 50 minlik ordu regiondadır!

07 Jun 2026, 19:32 2 baxış
Trampdan İrana xəbərdarlıq: 50 minlik ordu regiondadır!

ABŞ Prezidenti Donald Tramp İranla münaqişədə Amerika quru qüvvələrinin istifadəsini istisna etməyib, lakin belə bir ehtimalın az olduğunu bildirib.


Axar.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “NBC Nyus”a verdiyi müsahibədə deyib.


"Biz onlardan istifadə edə bilərik. Bu, az ehtimal olunandır, amma inanıram ki, münaqişə bitənə qədər onları (hərbçiləri) orada saxlayacağıq", - deyə o, bildirib.


ABŞ prezidentinin sözlərinə görə, Yaxın Şərqə yerləşdirilmiş təxminən 50 min amerikalı hərbçi təhlükəsizlikdədir.

Mənbə axar.az

Oxşar Xəbərlər