Digər

Fransa Kiprə qoşun yerləşdirəcək

07 Jun 2026, 19:43 2 baxış
Fransa Kiprə qoşun yerləşdirəcək

Fransa və Kipr arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı saziş bazar ertəsi imzalanacaq.


Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.


Məlumata görə, saziş Fransa hərbi qüvvələrinin Kipr ərazisində fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edəcək.


Sənəd fransız hərbçilərinin Kiprdə birgə hərbi təlimlər keçirməsi üçün şərtləri, eləcə də müdafiə sahəsində tərəfdaşlığın digər aspektlərini əhatə edəcək.


Razılaşma Fransa ilə Kipr arasında müdafiə əməkdaşlığının dərinləşdirilməsinə və Şərqi Aralıq dənizi regionunda təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə xidmət edəcək.

Mənbə axar.az

Oxşar Xəbərlər