Digər

Rusiyadan açıqlama: Onlar xalqın iradəsinə qarşı hərəkət edir!

07 Jun 2026, 19:54 3 baxış
Rusiyadan açıqlama: Onlar xalqın iradəsinə qarşı hərəkət edir!

Kişinyov ölkə xalqına qarşı hərəkət edir, Moldovanı Rumıniyaya birləşməyə məcbur edir, bu, bədnam birləşmə ideyası Moldova cəmiyyətində dəstəklənmir.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.


O qeyd edib ki, Moldova əhalisinin əksəriyyəti öz ölkəsini müstəqil suveren dövlət, özünü isə müstəqil suveren dövlətin vətəndaşı kimi tanıdır:


"Bədnam birləşmə Moldova cəmiyyətində dəstək görmür, əksəriyyəti suveren, müstəqil Moldovanı müdafiə edir".

Mənbə axar.az

Oxşar Xəbərlər