Digər
NATO-nun hərbi qüvvələri Rusiya sərhədinə yerləşdirilir
İsveçin Boden şəhərində NATO-nun yeni çoxmillətli “FLF Finland” qrupunun rəsmi istifadəyə verilməsi mərasimi keçirilib.
Axar.az xəbər verir ki, hazırda qrupun tərkibində 300 İsveç hərbçisi var, lakin gələcəkdə kontingentin sayının 1200 nəfərə, zərurət yarandıqda isə təxminən 5 min hərbçidən ibarət briqadaya çatdırılması planlaşdırılır.
İsveçin müdafiə naziri Pol Yonsonun sözlərinə görə, ölkənin yeni layihədə iştirakı onun NATO-dakı rolunu gücləndirir və alyans daxilində əlavə təsir imkanları yaradır:
“Bu qüvvələr Rusiya sərhədi yaxınlığında yerləşdirilir və potensial təhlükələrə qarşı çevik reaksiya və müdafiə üçün nəzərdə tutulub”.
Mənbə
axar.az