Şou biznes
Azərbaycanlı sənətçi Jeyleen dünyanın ən məşhur caz festivallarından birində çıxış edəcək - VİDEO
İsveçrədə yaşayan gənc və istedadlı azərbaycanlı bəstəkar bu yay əfsanəvi Monreal Beynəlxalq Caz Festivalında çıxış edəcək. Jeyleen iyulun 7-də keçiriləcək festivalın yubiley xarakterli 60-cı buraxılışında səhnəyə çıxacaq.
Tədbirin rəsmi saytında yayımlanan anonsda Jeyleen alternativ musiqi səhnəsinin yeni dalğasının təcəssümü kimi təqdim olunur. Təşkilatçılar vurğulayırlar ki, ifaçı yaradıcılığında rok enerjisini, soul musiqisinin elementlərini və kinematoqrafik səs teksturalarını zərif şəkildə bir araya gətirir. Onun musiqisi sakitliklə xaos arasındakı incə tarazlığı araşdırması ilə seçilir.

Mənbə
oxu.az