Digər

1564-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

06 Jun 2026, 16:27 3 baxış
1564-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1564-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 157 327 PUA-sı, 661 zenit-raket kompleksi, 29 637 tank və digər zirehli texnikası, 1 729 reaktiv yaylım atəş sistemi, 35 241 artilleriya və minaatanı, 63 424 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər