İqtisadiyyat

2026-cı ildə Azərbaycanın strateji valyuta ehtiyatları...

06 Jun 2026, 10:06 3 baxış
2026-cı ildə Azərbaycanın strateji valyuta ehtiyatları...

“Fitç Reytinq” (Fitch Ratings) beynəlxalq reytinq agentliyi Azərbaycanın strateji valyuta ehtiyatlarının 2026-cı ildə 93 mlrd. ABŞ dollarına çatacağını proqnozlaşdırır.


Axar.az APA-ya istinadla xəbər verir ki, agentlik bu göstəricinin ölkənin proqnozlaşdırılan ümumi daxili məhsulunun (ÜDM) 117%-nə bərabər olacağını bildirib.


Qeyd olunub ki, aktivlərin 84%-i Azərbaycan Dövlət Neft Fondunda (ARDNF), qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında saxlanılır.


Agentliyin qiymətləndirməsinə görə, Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin yüksəlməsi Azərbaycanın neft və qaz gəlirlərini artıracaq, bu da xarici aktivlərin həcminin böyüməsinə şərait yaradacaq.


“Fitç” əlavə edib ki, Azərbaycanın xalis suveren xarici aktivləri 2026-cı ildə ÜDM-in 73%-nə çatacaq ki, bu da “BBB” reytinqli ölkələr arasında ən yüksək göstəricidir.

Mənbə axar.az

Oxşar Xəbərlər