Şou biznes

Məşhur repçinin vəkili Maduronu müdafiə edəcək

05 Jun 2026, 17:48 1 baxış
Məşhur repçinin vəkili Maduronu müdafiə edəcək
ABŞ həbsxanasında məhkəməsini gözləyən Venesuelanın sabiq prezidenti Nikolas Maduro müdafiəsi üçün repçi P.Diddinin (Şon Kombs) vəkili Anna Estevao ilə razılaşıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə EFE agentliyi məlumat verib. Qeyd edilir ki, Estevao Venesuelanın keçmiş liderinin narkoterrorizm və narkotik ticarətində ittiham olunduğu Nyu-York Cənub Dairəsinin rayon məhkəməsinə təqdim edilən bildiriş üzərindən rəsmi şəkildə Maduronun müdafiə qrupuna əlavə edilib. Agentliyin məlumatına görə, Maduro 30 iyunda yeni iclası keçiriləcək məhkəməsinə hazırlıq məqsədilə öz müdafiəsini gücləndirir. Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ qüvvələri Venesuelaya daxil olaraq Nikolas Maduronu ələ keçirib və ABŞ-yə aparıb. 5 yanvar 2026-cı ildə onun narkokartelə rəhbərlik etmək və digər cinayətlər üzrə məhkəməsi başlayıb. Maduro da repçi Diddinin də saxlandığı Bruklin istintaq təcridxanasında saxlanılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər