İqtisadiyyat

Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar...

04 Jun 2026, 20:52 4 baxış
Rusiyadan Azərbaycana ixrac olunan əsas məhsullar...

Rusiyanın Azərbaycana ərzaq və kənd təsərrüfatı məhsulları tədarükünün həcmi orta hesabla ildə təqribən 800 milyon dollar təşkil edir.


Axar.az xəbər verir ki, bu barədə “Rusiya İxrac Mərkəzi” SC-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.


Onun sözlərinə görə, məhz aqrar-sənaye kompleksi və qida sənayesi məhsulları Rusiyanın Azərbaycana ixracının əsas hərəkətverici qüvvəsi olaraq qalır.


“Statistika çox dəqiq elmdir və o göstərir ki, Rusiyanın Azərbaycana ixracının lokomotivi, şübhəsiz ki, kənd təsərrüfatı və qida məhsullarıdır. Orta hesabla hər il Rusiya ixracının təqribən 800 milyon dolları Azərbaycan Respublikasının payına düşür”, – o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər