Cəmiyyət
Sabahdan bəzi məktəblərdə dərslər DİSTANT formada keçiriləcək
Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə iyunun 5-i və 6-da IV, VI sinifləri əhatə edəcək monitorinqin aparılması ilə əlaqədar bəzi məktəblərdə tədris distant formaya keçirilib. Oxu.Az-ın xəbərinə görə, bununla bağlı məlumatlandırılma məqsədilə valideyn qruplarına xəbərdarlıq göndərilib. Qeyd edək ki, sözügedən monitorinq ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında həyata keçiriləcək. 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur. Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.
Mənbə
oxu.az