Cəmiyyət

Bakı limanında mayda 812 min ton yük aşırılıb

04 Jun 2026, 17:28 2 baxış
Bakı limanında mayda 812 min ton yük aşırılıb

Bu ilin may ayında Bakı Beynəlxalq Dəniz Limanında 812 min 165 tondan çox yük aşırılıb.


Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.


Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 77 min 543 ton və ya 11% çoxdur.


Bundan başqa, yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min 50 TEU-nu keçərək keçən ilin 5 ayı ilə müqayisədə 3 858 TEU və ya 9% çox olub.

Mənbə axar.az

Oxşar Xəbərlər