Cəmiyyət
Bakıda ağır qəza: Diqqəti yoldan yayınan sürücü maşını avtobusa çırpdı - VİDEO
Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri müşahidə kamerası tərəfindən qeydə alınıb. Oxu.Az Avtosfer.az-a istinadla xəbər verir ki, qəza paytaxtın hava limanı yolunda baş verib. Görüntülərdən aydın olur ki, yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil qarşısındakı geriyə dönmə manevri edən avtobusa çırpılıb. Sürücünün ya yuxuladığı, ya da diqqətinin yoldan yayındığı ehtimal edilir. Çünki görüntülərdə avtomobilin sürətini azaltmadan birbaşa avtobusa doğru hərəkət etdiyi müşahidə olunur. Mütəxəssislər sürücülərə yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, həmçinin hərəkət zamanı telefondan istifadə etməməyi tövsiyə edirlər. Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və ya yuxulama ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Mənbə
oxu.az