İdman

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb

04 Jun 2026, 14:52 1 baxış
"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb
"Sabah" komandası kapitanı Amin Seydiyevlə yolları ayırıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 27 yaşlı müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb. "Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur. Qeyd edək ki, müdafiəçi 2020-ci ildən "Sabah"da oynayırdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər