Cəmiyyət

Stereotiplər, qınaq, təbii gözəllik: Modellik sahəsindəki miflər və reallıqlar - VİDEO

04 Jun 2026, 14:00 2 baxış
Stereotiplər, qınaq, təbii gözəllik: Modellik sahəsindəki miflər və reallıqlar - VİDEO
"Əvvəlki illərlə müqayisədə Azərbaycanda modellik sahəsi inkişaf etməkdədir". Bu fikirləri Oxu.Az-ın "Ustadına əhsən" layihəsinin qonağı, modellik sahəsi üzrə layihə rəhbəri Əli Rzayev deyib. O, kimlərin model ola biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu sahədə çalışan şəxsdə özünəgüvən vacibdir: "Burada söhbət boy və çəkidən getmir. Burada, həmçinin üz quruluşu, estetika ön plana çıxır. Müsabiqələrimizdə modellərin linza istifadə etməsinə belə icazə verilmir. Biz seçim edərkən həm bəylərə, həm də xanımlara ehtiyac duyuruq". Model necə hazırlanır? Kimlər model ola bilərlər? Modellərə qarşı fikirlər niyə birmənalı deyil? Bu və digər sualların cavabı videomaterialda:
Mənbə oxu.az

Oxşar Xəbərlər