Cəmiyyət
Qaxda İrana məxsus yanacaqdaşıyan maşın AŞIB
Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə saat 08:30-da rayonun Şüşəkənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, İran İslam Respublikasına məxsus "Volvo" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Xəsarət alan olmayıb. Hadisənin baş verməsinə ilkin səbəb kimi nəqliyyat vasitəsində yaranan texniki nasazlıq göstərilir. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az