Cəmiyyət

Fyodorov azərbaycanlıya yüksək vəzifə verdi

04 Jun 2026, 12:38 11 baxış
Fyodorov azərbaycanlıya yüksək vəzifə verdi

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi hüquq-mühafizə Xidmətinin rəis müavini təyin edilib.


Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixayil Fyodorov imzalayıb.


G.Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. O, 2014-cü ilin iyulundan Odessanın prokuroru, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini postunu tutub.


Ukrayna hakimiyyəti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.


2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini olub.

Mənbə axar.az

Oxşar Xəbərlər