Cəmiyyət
Qarabağda Bərgüşad çayı üzərində yeni su anbarı inşa olunacaq
"Qarabağda yeni su anbarı inşa ediləcək". Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib. O bildirib ki, hazırda Bərgüşad su anbarının tikintisi planlaşdırılır: "Bizim Zabuxçay su anbarı tikilib istifadəyə verilib, yenidən qurulub. Bərgüşad su anbarının tikintisi də planlaşdırılır. Yeni tikiləcək su anbarı Bərgüşad çayının üzərində yerləşəcək".
Mənbə
oxu.az