Cəmiyyət

Xankəndidə yağış suları üçün yeni kollektor sistemi qurulacaq

04 Jun 2026, 11:48 3 baxış
Xankəndidə yağış suları üçün yeni kollektor sistemi qurulacaq
"Xankəndi şəhərində yağış sularının yığılması üçün yeni kollektor sisteminin tikintisi nəzərdə tutulur". Oxu.Az-ın məlumatına görə, bunu Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hazırda bununla bağlı layihələndirmə işləri aparılır: "Şəhərin su təchizatı və kanalizasiya infrastrukturu ilə yanaşı, yağış sularının idarə olunmasını təmin edəcək kollektor sistemi də yenidən qurulacaq. Həyata keçiriləcək layihə Xankəndi şəhərinin su və kanalizasiya infrastrukturunun müasir tələblərə uyğun şəkildə yenilənməsini nəzərdə tutur".
Mənbə oxu.az

Oxşar Xəbərlər