Cəmiyyət

Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama

04 Jun 2026, 11:56 3 baxış
Nazir müavinindən ƏTİN QİYMƏTİ ilə bağlı açıqlama
"Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir". Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır: "Hazırda Azərbaycanda mal ətinə tələbatın 83.7%-i, qoyun ətinə tələbatın 94.2%-i, quş ətinə tələbatın isə 82%-i yerli istehsal hesabına ödənilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər