İqtisadiyyat

"Bitcoin"in qiyməti 62 min dollardan aşağı düşüb

04 Jun 2026, 09:16 1 baxış
"Bitcoin"in qiyməti 62 min dollardan aşağı düşüb
"Bitcoin"in dəyərində ciddi ucuzlaşma qeydə alınıb. Hazırda bu kriptovalyutanın qiyməti 62 min dollardan da aşağı səviyyədədir. Oxu.Az xəbər verir ki, bu rəqəmlər "Binance" birjasının göstəricilərində öz əksini tapıb. Hərracların nəticələrinə əsasən, iyunun 4-ü cümə axşamına keçən gecə "Bitcoin"in qiyməti 61.4 min dollara qədər geriləyib. Qeyd edək ki, bir ay bundan əvvəl onun dəyərində artım müşahidə edilirdi. Mayın 4-ü səhər saatlarında dünyanın ən populyar kriptovalyutasının məzənnəsi yanvar ayından bəri ilk dəfə olaraq 80 min dollarlıq psixoloji həddi keçmiş, ən yüksək nöqtədə isə onun qiyməti 80.2 min dollara çatmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər