Cəmiyyət
Xəzər dənizində zəlzələ baş verib - FOTO
Xəzər dənizi akvatoriyasında 3.9 maqnitudalı yeraltı təkanlar baş verib. Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Verilən məlumata əsasən, seysmik hadisə yerli vaxtla saat 06:30-da qeydə alınıb. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
Mənbə
oxu.az