İdman
Dünya çempionatına 7 gün qaldı: PORTUQALİYA - "Qalxanlar komandası" - VİDEO
Portuqaliya millisi ("Seleção das Quinas" - Qalxanlar komandası) dünya futbolunun ən zəngin, istedadlı və hər turnirdə mütləq çempionluq hədəfləyən əsas super güclərindən biridir. Heyətindəki nəsillərin mükəmməl balansı, böyük turnir təcrübəsi və hər mövqedəki dünya səviyyəli ulduzları ilə Portuqaliya 2026-cı il dünya çempionatında (DÇ) Şimali Amerikaya kubokun bir nömrəli iddialılarından biri kimi gedir. Portuqaliyalılar güclü turnir ənənəsi formalaşdırıblar. Onlar debüt etdikləri çempionatda üçüncü yeri tutublar və nəsildən-nəslə ötürülən istedadlı futbolçu irsi yaradıblar. Hazırkı nəsil də ildən-ilə dünyanın ən böyük klublarında öz sözünü deməkdədir. Bütün diqqətləri üzərinə çəkən dahi Kriştianu Ronaldu isə tarixi nailiyyətlər qazanmağa, ən yaxşı müdafiəçilər üçün belə təhlükə yaratmağa və arzulanan kuboku ilk dəfə başı üzərinə qaldırmaq xəyalını gerçəkləşdirə biləcək bütün xüsusiyyətlərə malik "Seleção das Quinas"a kapitanlıq etməyə davam edir. Oxu.Az Portuqaliya futbolunun keçmişinə, bu gününə və 2026-cı il gözləntilərinə nəzər salır.
İspaniyalı mütəxəssis Martines milli komandanın sükanı arxasına keçməzdən əvvəl Belçika yığmasının baş məşqçisi kimi rəğbət qazanmışdı. O, topa nəzarəti sürətli keçidlərlə birləşdirən mövqe oyununu qurmaq bacarığı ilə tanınmışdı. "Qırmızı şeytanlar"ın qızıl nəsli ilə uzunmüddətli işi ulduzlarla dolu heyətdən maksimum nəticə əldə etmək üçün ona göstərilən inamın ən bariz göstəricisi olmuşdu. Hazırkı vəzifəsində də onun işləyə biləcəyi fərdi istedad baxımından qətiyyən korluq çəkilmir. Martines 2025-ci ildə Portuqaliyanı UEFA Millətlər Liqasının çempionu edərək milli komanda səviyyəsində ilk kubokunu qazanıb. Portuqaliyanın ilk dünya çempionatı Portuqaliya dünya çempionatında debütünü 1966-cı ildə edib və İngiltərənin yaşıl meydanlarında üçüncü yeri tutaraq bu günə qədərki ən yaxşı nəticəsini nümayiş etdirib. Adlarını futbol tarixinə qızıl hərflərlə yazdıran Eysebio və Mario Koluna kimi əfsanələrin rəhbərlik etdikləri komanda əzmkarlığı və fərdi ustalıqları ilə bütün dünyanı məftun etmişdi.
Portuqaliyanın son dünya çempionatı Portuqaliya 2022-ci ildə Qətərdə keçirilən turnirdə 1/4 finala qədər irəliləməyi bacarmışdı. Fernandu Santuşun rəhbərliyi altında "Qalxanlar komandası" ilk oyunlardan etibarən diqqət mərkəzinə düşmüşdü. Komanda beş qolun vurulduğu gərgin matçda Qananı, Bruno Fernandeşin cavabsız qalan dublu sayəsində isə Uruqvayı məğlub edərək pley-off mərhələsinə vəsiqəni təmin etmişdi. Qrup mərhələsinin son oyununda əsas oyunçularına istirahət vermək qərarına gələn yığma Cənubi Koreyaya 1:2 hesabı ilə məğlub olmuşdu. Onlar ən yaxşı oyunlarını 1/8 finala saxlamışdılar. Bu mərhələdə İsveçrəni 6:1 hesabı ilə darmadağın etmişdilər. Lakin 1/4 finalda Mərakeşin möhkəm müdafiə xətti və inamlı hücum oyunu Afrika təmsilçisinə avropalı rəqibləri üzərində 1:0 hesablı qələbə qazandırmışdı. Bununla da Mərakeş yarımfinala yüksələrək bir Afrika komandası üçün misli görünməmiş tarixi nailiyyətə imza atmışdı.
Portuqaliyanın ən yaxşı dünya çempionatı Portuqaliyanın dünya çempionatı tarixinin mərkəzində onların unudulmaz 1966-cı il turniri dayanır. Qrup mərhələsində Pelenin çıxış etdiyi Braziliya yığmasına qalib gəlməklə, onlar futbolun nəhəngləri ilə başabaş mübarizə apara biləcək bir komanda olduqlarını bütün dünyaya elan etmişdilər. Yarımfinalda gələcək çempion İngiltərəyə məğlub olaraq mübarizəni dayandırmaları belə Portuqaliyanın möhtəşəm performansına kölgə sala bilməmişdi. SSRİ üzərində qazanılan qələbə nəticəsində əldə edilən üçüncü yer futbol həvəskarlarının xatirəsində bu gün də yaşayır.
Qırx il sonra, bu dəfə Almaniyada Portuqaliya gərgin və həyəcanverici sınaqlardan keçərək yenidən son dördlüyə yüksəlmişdi. Bu yolda onlar pley-off mərhələsində bəzi möhtəşəm qələbələr qazanmışdılar. Buraya ağır keçən mübarizədən sonra Niderland üzərində qazanılan zəfər və penaltilər seriyasında həll olunan İngiltərə dueli daxil idi. Onların bu uğurlu yürüşü yarımfinalda Fransaya məğlubiyyətlə yekunlaşmışdı.
Portuqaliya DÇ-2026-ya vəsiqəni necə qazanıb? Portuqaliya qlobal futbol bayramındakı yerini yalnız UEFA seçmə mərhələsinin son turunda rəsmiləşdirə bilmişdi. Onlar bu turniri olduqca təsirli bir şəkildə yekunlaşdırmışdılar. Ermənistan üzərində 9:1 hesablı darmadağınla F qrupunda liderliyi təmin edən komanda, eyni zamanda, hücum potensialını və ən həlledici anlarda nəticə vermək bacarığını nümayiş etdirmişdi. Portuqaliyanın bu qələbəsi Macarıstan və İrlandiyanı Avropa pley-off mərhələsinə vəsiqə uğrunda mübarizə aparmaq məcburiyyətində qoymuşdu.
Son seçmə mərhələ zamanı Portuqaliya futbolu daha bir Kriştianu Ronaldu rekorduna şahidlik etmişdi. O, Macarıstan qapısından keçirdiyi iki qol sayəsində dünya çempionatı seçmə mərhələləri tarixinin ən sərrast bombardirinə çevrilmişdi.
DÇ-2026-da Portuqaliyanın oyun cədvəli (Bakı vaxtı ilə) Portuqaliya DÇ-2026-da K qrupunda Kolumbiya, Konqo Demokratik Respublikası və Özbəkistan millilərinə qarşı mübarizə aparacaq. K qrupu: 17 iyun, 21:00, Portuqaliya - Konqo DR (Hyuston stadionu); 23 iyun, 21:00, Portuqaliya - Özbəkistan (Hyuston stadionu); 28 iyun, 03:30, Kolumbiya - Portuqaliya (Mayami stadionu).
Portuqaliyanın dünya çempionatlarında ən çox qol vuran oyunçusu 1966-cı ildə Eysebio qeyri-adi fiziki güc və mükəmməl texnikanın harmoniyası ilə bütün İngiltərədə azarkeşləri heyrətə gətirmişdi. O, həmin turnirdə rəqib qapılarından doqquz top keçirərək adını dünya çempionatının tək bir yarışında ən çox qol vuran ilk beş oyunçu arasına yazdırmışdı. Onun həmin turnirdəki çıxışı bu gün də yarış tarixinin ən möhtəşəm fərdi performanslarından biri kimi qiymətləndirilir.
Portuqaliyanın dünya çempionatlarında ən çox oyun keçirən futbolçusu Daim formada olan Kriştianu Ronaldu uzunömürlülüyün və amansız rəqabət ruhunun əsl təcəssümüdür. İyirmi ildən çox davam edən parlaq beynəlxalq karyerası ərzində o, dünya futbolunun ən böyük səhnəsində 22 dəfə meydana çıxaraq ölkəsinin mütləq rekordçusuna çevrilib. O bu göstəricini 2026-cı ildəki turnirdə daha da artırmağa hazırlaşır. Bu onun altıncı dünya çempionatı olacaq ki, bununla da o, daha bir tarixi uğura imza atmış olacaq.
Portuqaliyanın ən böyük dünya çempionatı qələbəsi Qətərdə isveçrəlilərin 6:1 hesablı məğlubiyyəti istənilən komandanın dünya çempionatlarındakı ən böyük qələbəsi olmağa güclü namizəd olardı. Lakin 2010-cu ildə Cənubi Afrikada keçirilən turnirdə "Qalxanlar komandası" qrup mərhələsində Şimali Koreyanı 7:0 hesabı ilə darmadağın edərək həm bir qol daha çox vurmuş, həm də qapısını toxunulmaz saxlamışdı. Karlos Keyruşun rəhbərlik etdiyi komandada altı fərqli oyunçu fərqlənmişdi: Ronaldu, Raul Meyreleş, Simao, Huqo Almeyda və Liedson hərəyə bir, Tiaqo isə iki qol müəllifi olmuşdu.
Portuqaliya millisi Şimali Amerikaya sadəcə qrupdan çıxmaq üçün deyil, mundialın əsas mükafatını qazanmaq üçün gedir. Ronaldunun təcrübəsi, gənc ulduzların enerjisi və Martinesin taktikası Portuqaliyanı dünya çempionu edə biləcəkmi?

Mənbə
oxu.az