Şou biznes
Cennifer Lopesin yeni sevgilisi var?
Tanınmış Hollivud ulduzu, müğənni və aktrisa Cennifer Lopes "Today" proqramında iştirak edərkən "Xidməti roman" (Office Grump) filminin çəkilişlərindəki həmkarı Brett Qoldstinlə sevgili olmaları barədə yayılan iddiaları təkzib edib. Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, verilişin aparıcısı Savanna Qatri birbaşa aktrisaya və B.Qoldstinə aralarındakı münasibətlərlə bağlı sual ünvanlayıb. Şəxsi həyatı uzun illərdir medianın diqqət mərkəzində olan sənətçi bildirib ki, hər hansı bir aktyorla eyni layihədə yer aldıqda dərhal onlara "sevgili" damğası vurulur. Aktrisa Qoldstinlə aralarında heç bir romantik yaxınlığın olmadığını vurğulayıb. "Bu cür hadisələrlə tez-tez rastlaşırıq, lakin bu, şayiələrin doğru olduğu mənasına gəlmir. Bizim aramızda heç bir münasibət yoxdur", - deyə C.Lopes əlavə edib. B.Qoldstin də öz növbəsində tərəf müqabilinin sözlərini təsdiqlyibb. Xatırladaq ki, aprel ayında Lopesin aktyorla münasibətdə olması barədə iddialar yayılmışdı. O zaman "The Sun" qəzetinin mənbəsi aktrisanın çəkilişlərdə həmkarı ilə çox yaxınlaşdığını və tərəflər arasında qeyri-adi bir enerjinin yarandığını iddia etmişdi.
Mənbə
oxu.az