Cəmiyyət
Milyonlar qazandı, evin kirayəsini verə bilmədi - Mikki Rurk niyə Hollivuddan silindi? - VİDEO
Amerikalı aktyor Mikki Rurk şöhrətin zirvəsini də gördü, təkliyin ən ağır səssizliyini də yaşadı. Küçə döyüşlərindən boksa, oradan isə Hollivudun parlaq işıqlarına uzanan həyatı əslində özünü axtaran bir insanın hekayəsi idi. İnsanların gördüyü sərt baxışların arxasında isə həmişə yorğunluq, yarımçıq sevgilər və daxili ağrılar gizlənirdi. Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, əsl adı Filip Andre Rurk olan aktyor 1952-ci il sentyabrın 16-da anadan olub. Valideynlərinin ayrılmasından sonra anası ilə birlikdə Floridaya köçən Rurk çətin uşaqlıq illəri keçirib və təsəllini boksda tapıb. Bir vaxtlar Məhəmməd Əlinin məşq etdiyi zalda hazırlaşsa da, aldığı ağır zədələr səbəbindən boksu tərk edib və aktyorluğa üz tutub. Bacısından borc aldığı 400 dollarla Nyu-Yorka gedən Rurk aktyorluq təhsili alıb və qısa müddətdə diqqət çəkməyə başlayıb. "Bədən hərarəti" və "9 həftə yarım" filmləri ona dünya şöhrəti qazandırıb. Lakin çətin xarakteri və verdiyi mübahisəli qərarlar karyerasında enişə səbəb olub.
1990-cı illərdə yenidən boksa qayıdan aktyor bir sıra ağır zədələr alıb. Çoxsaylı plastik əməliyyatlar onun görünüşünü ciddi şəkildə dəyişib. Bir vaxtlar milyonlar qazanan Rurk sonradan maddi çətinliklərlə üzləşdiyini də etiraf edib. 2008-ci ildə Darren Aronofskinin "Restler" filmi onun karyerasında dönüş nöqtəsi olub. Film Rurka "Qızıl Qlobus" mükafatı qazandırıb və onu yenidən Hollivudun diqqət mərkəzinə qaytarıb. Aktyor sonralar etiraf edirdi ki, həyatında çox şey itirsə də, ona yenidən ayağa qalxmaq gücü verən məhz aktyorluq olub.

Mənbə
oxu.az