Cəmiyyət
İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk
İrəvan qonşu ölkələrə qarşı ərazi iddialarından qəti şəkildə imtina etməsə, o cümlədən Ermənistan Konstitusiyasının preambulasında dəyişiklik edilməsə, Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil.
Axar.az xəbər verir ki, bu fikri Türkiyə Strateji və Siyasi Araşdırmalar Fondunun (TÜRPAV) rəhbəri Sinan Dəmirtürk Azərtac-a müsahibədə bildirib.
O vurğulayıb ki, Ermənistan cəmiyyətinin radikalizm, revanşizm və separatizm ideyalarından mümkün qədər uzaqlaşdırılması bütün regionun maraqlarına cavab verir.
Mənbə
axar.az