Cəmiyyət

Yaşı 50-dən yuxarı olanların diqqətinə!

03 Jun 2026, 22:25 2 baxış
Yaşı 50-dən yuxarı olanların diqqətinə!

Son illərdə 50 yaşdan sonra bəzi ixtisaslar üzrə iş tapmaq xeyli çətinləşib. Belə çətinliklə üzləşənlər bir çox hallarda yeni peşəyə yiyələnməyə çalışırlar.


Təbii ki, belə vəziyyətdə əmək bazarının tələblərini öyrənmək vacibdir. Bazarda ehtiyac olan ixtisaslara yiyələnmək bir qədər çətin olsa da, perspektivlidir.


Aparılan müşahidələr göstərir ki, son 5–7 il ərzində dünyada 50 yaşdan yuxarı şəxslərin peşə dəyişməsi ilə bağlı real nümunələrin sayı artıb və bu hal artıq əmək bazarında nəzərəçarpan tendensiya kimi qiymətləndirilir.


Bəs bizdə bu sahədə vəziyyət necədir?


Axar.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, peşəni istənilən vaxt dəyişmək olar:


“Əvvəla, istənilən ixtisasa bu və digər şəkildə ehtiyac var. Əsas odur ki, ixtisasının kamil bilicisi olasan və hər zaman biliklərini, təcrübəni artırasan. Digər tərəfdən yeni peşəyə elə yiyələnməlisən ki, sənə ehtiyac olsun.


Bundan əlavə, yaşlı əməkdaşların yeni sahələrə yönəlməsi bir neçə əsas model üzrə həyata keçirilir. Bunlardan biri yaxın ixtisas sahəsinə keçiddir. Digər model isə eyni peşə daxilində rol dəyişikliyidir. Belə ki, mühəndisin layihə rəhbərinə çevrilməsi və ya idarəetmə funksiyalarını üzərinə götürməsi daha çox müşahidə olunur.


Ümumilikdə, isə əmək bazarında baş verən dəyişikliklər, yeni texnologiyaların inkişafı və insanların daha uzun müddət aktiv çalışmağa maraq göstərməsi 50 yaşdan sonra peşə dəyişikliyini daha real və qəbul edilən seçimə çevirib”.

Mənbə axar.az

Oxşar Xəbərlər