Şou biznes

Devid Bekhem Hollivudun "Şöhrət xiyabanı"nda şəxsi ulduza sahib olacaq

03 Jun 2026, 17:36 2 baxış
Devid Bekhem Hollivudun "Şöhrət xiyabanı"nda şəxsi ulduza sahib olacaq
İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemin şərəfinə Hollivudun "Şöhrət xiyabanı"nda şəxsi ulduz yerləşdiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "Variety" nəşri məlumat yayıb. Məlumata görə, mərasim iyunun 12-də keçiriləcək. Qeyd edək ki, 51 yaşlı sabiq futbolçu karyerasını 2013-cü ildə başa vurub. O, təxminən 10 il "Mançester Yunayted"də (İngiltərə) çıxış edib. Yarımmüdafiəçi karyerası ərzində İspaniyanın "Real Madrid", Fransanın PSJ və ABŞ-nin "Los-Anceles Qalaksi" klublarında oynayıb. Bekhem İngiltərə millisinin heyətində 115 matçda meydana çıxıb və 17 qol vurub. 2025-ci ilin iyununda o, "Cəngavər" fəxri tituluna da layiq görülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər