İqtisadiyyat

Büdcə xərclərinin inzibati təsnifatına daxil olan qurumlarla bağlı QƏRAR

03 Jun 2026, 15:52 2 baxış
Büdcə xərclərinin inzibati təsnifatına daxil olan qurumlarla bağlı QƏRAR
Nazirlər Kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edilməsi haqqında 7 noyabr 2025-ci il tarixli qərarında dəyişiklik edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON), Prezidentin Ehtiyat Fondu, Dövlət büdcəsinin Ehtiyat Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-lər, İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC, Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geodeziya və Kartoqrafiya Agentliyi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi büdcə xərclərinin inzibati təsnifatına daxil ediliblər. Qərar bu il yanvarın 1-dən tətbiq edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər