Dünya

Dünya bazarında neft bahalaşır

03 Jun 2026, 10:44 27 baxış
Dünya bazarında neft bahalaşır
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft ardıcıl üçüncü gündür bahalaşır. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.05 dollar (1.09%) bahalaşaraq bir barel üçün 97.05 dollar olub. Əvvəlki sessiyada isə "Brent" markalı neft 1.02 dollar (1.07%) bahalaşaraq bir barel üçün 96 dollar təşkil etmişdi. Nyu-York Ticarət Birjasında (NYMEX) iyul ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.05 dollar (1.12%) artaraq bir barel üçün 94.81 dollar olub. Əvvəlki sessiyada WTI markalı xam neft 1.60 dollar (1.74%) bahalaşaraq bir barel üçün 93.76 dollara çatmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər