Digər

SEPAH Dubay aeroportunu vurdu - Rəsmi bəyanat

03 Jun 2026, 10:26 24 baxış
SEPAH Dubay aeroportunu vurdu - Rəsmi bəyanat

İranın silahlı qüvvələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay beynəlxalq hava limanının hərbi sektoruna zərbə endirib.


Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi Teleqram kanalı xəbər yayıb.


Bildirilib ki, Dubay aeroportunun hərbi hissəsi ilə yanaşı, "Əl-Dəfra", "Əl-Səfran" və "Əl-Minhad" hərbi bazaları da hücuma məruz qalıb.


İyunun 3-də yayılan informasiyalarda qeyd olunurdu ki, SEPAH Bəhreyndə yerləşən ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də region ölkələrinin birindəki aviabazasına raket və dron zərbələri həyata keçirib.

Mənbə axar.az

Oxşar Xəbərlər