Memadan xəbərdarlıq: Rusiya bu halda zərbə endirə bilər!
Əgər Finlandiya ərazisində nüvə silahları yerləşdirilərsə, bu, ölkəni Rusiya zərbələri üçün qanuni hədəfə çevirəcək.
Axar.az xəbər verir ki, bunu finlandiyalı siyasətçi Armando Mema sosial media səhifəsində yazıb.
O xatırladıb ki, Finlandiya hakimiyyəti uzun müddətdir ki, ölkə ərazisində nüvə silahlarının yerləşdirilməsi üçün qanunvericilikdə dəyişiklik etmək imkanlarını müzakirə edir:
"Bu, təsadüf deyil. Yaxın gələcəkdə Avropa təhlükəsizlik strukturunda çox təhlükəli dəyişikliklər gözlənilir. Nüvə silahları bəşəriyyət üçün ən böyük təhlükə yaradır və nüvə qanunvericiliyində dəyişiklik Finlandiyanı daha təhlükəsiz etməyəcək, əksinə, bu, onu nüvə hücumları üçün qanuni hədəfə çevrilmək riski ilə üzləşdirəcək".