Dünya
ABŞ-də naməlum şəxs banka daxil oldu, insanları girov götürdü - VİDEO
Kaliforniyanın Beykersfild şəhərində naməlum şəxs "Chase" bankına daxil olaraq bir neçə nəfəri girov götürüb. Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Xəbərə görə həmin şəxs binada barrikada qurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları binanı mühasirəyə alıblar. Hazırda içəridə ümumilikdə neçə nəfərin qaldığı dəqiq bilinmir. Qeyd olunur ki, hadisə yerinə Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları da cəlb olunublar. Beykersfild şəhərinin meri Karen Qoh sakinləri şəhər mərkəzindən uzaq durmağa çağırıb. Xüsusi sərəncama qədər yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Mənbə
oxu.az