Digər

ABŞ İranın kriptovalyuta birjasını hədəf aldı

03 Jun 2026, 01:27 24 baxış
ABŞ İranın kriptovalyuta birjasını hədəf aldı

ABŞ Maliyyə Nazirliyi İranın dörd kriptovalyuta birjasına qarşı sanksiyalar tətbiq edib.


Axar.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında deyilir.


Məhdudiyyətlər Nobitex, Wallex, Bitpin və Ramzinex ticarət platformalarını əhatə edib.


Məlumata görə, onlardan sanksiyalardan yayınmaq üçün istifadə edilib.


Bildirilib ki, 2025-ci ildə İranın aktiv rəqəmsal əməliyyatlarının 50%-dən çoxu, o cümlədən İran Mərkəzi Bankı və SEPAH əməliyyatları Nobitex vasitəsilə idarə edilib. Bu ticarət platformasının təsisçiləri və yüksək vəzifəli menecerləri arasında olan dörd İran vətəndaşı da sanksiyalara məruz qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər