Digər

ABŞ bu ölkədən minlərlə hərbçisini çıxarır

02 Jun 2026, 23:55 22 baxış
ABŞ bu ölkədən minlərlə hərbçisini çıxarır

ABŞ rotasiya müddəti başa çatdığı üçün Litvada yerləşən minlərlə hərbçisini və hərbi texnikasını ölkədən çıxarmağa başlayıb.


Axar.az xəbər verir ki, bu barədə "TV3" portalı məlumat yayıb.


ABŞ-ın Avropadakı qüvvələrinin yerləşdirilməsi ilə bağlı planlarına yenidən baxıldığı üçün Litvaya gələcək yeni hərbi qrupun sayı və gəliş vaxtı hələlik məlum deyil.


Litva Prezidentinin milli təhlükəsizlik üzrə baş müşaviri Deyvidas Matulenisin sözlərinə görə, amerikalı hərbçilərin bir hissəsi növbəti rotasiya başlayana qədər ölkədə qalacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər