Digər

İranda 1942-ci ildən bəri ən ağır inflyasiya yaşanır

02 Jun 2026, 21:30 3 baxış
İranda 1942-ci ildən bəri ən ağır inflyasiya yaşanır

İranda may ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 77,2%-ə yüksəlib.


Axar.az xəbər verir ki, bu barədə statistik məlumatı ölkənin Mərkəzi Bankına istinadən "Assoşeyted Press" (AP) agentliyi yayıb.


Aprel ayı ilə müqayisədə isə göstərici 8,5% artıb. Gündəlik tələbat və ümumi istifadə malları seqmentində, o cümlədən dərman preparatları, taksi xidmətləri, tütün məmulatları və rabitə xidmətlərinin qiymətləri illik müqayisədə 113,8% yüksəlib.


İranda inflyasiya sonuncu dəfə daha yüksək səviyyəyə yalnız 1942-ci ildə çatmışdı. "Bamdad" İqtisadi Araşdırmalar İnstitutunun qeyd etdiyi kimi, hazırkı göstəricilər İkinci Dünya müharibəsindən bəri görünməmiş həddədir.


Bildirilir ki, bu vəziyyətin əsas səbəblərindən biri ABŞ və İsrailin zərbələri nəticəsində İranın biznes sektoruna və neft sənayesinə dəyən böyük zərərdir. Əgər 2015-ci ildə bir ABŞ dolları 3,2 min tümənə bərabər idisə, hazırda məzənnə 170 min tüməni ötüb.

Mənbə axar.az

Oxşar Xəbərlər