Digər
Ermənistanı buna məcbur etmirik - Rubio
Vaşinqton administrasiyası Ermənistanı digər ölkələrlə dostluq münasibətlərini kəsməyə məcbur etmir.
Axar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.
“Qeyd etmək istərdim ki, açıq mənbə məlumatlarında da təsdiqləndiyi kimi, Rusiya oradakı fəaliyyətimizdən qətiyyən məmnun deyil. Aydınlaşdırmaq istərdim ki, biz Ermənistanın suverenliyini pozmuruq. Biz onlardan digər ölkələrlə dostluqlarından imtina etmələrini istəmirik. Biz sadəcə olaraq münasibətlərimizin yalnız sülh üzərində qurulmamasını istəyirik. Sülh vacibdir, amma bu, yalnız başlanğıcdır və iqtisadi imkanlar açır”, - deyə ABŞ dövlət katibi bildirib.
Mənbə
axar.az