Digər

Xameneinin 3 günlük vida mərasimi keçiriləcək

02 Jun 2026, 19:25 2 baxış
Xameneinin 3 günlük vida mərasimi keçiriləcək

28 fevralda ABŞ-İsrail hücumu nəticəsində öldürülən İranın keçmiş dini lideri Əli Xameneinin dəfn mərasimi keçiriləcək. Vida mərasimi Tehran, Qum və Məşhəddə təşkil olunacaq.


Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.


Bildirilib ki, ölkə üzrə müxtəlif qurumların və bələdiyyələrin iştirakı ilə cənazənin yola salınması, dəfn yürüşü və torpağa tapşırılması üçün geniş hazırlıqlar yekunlaşmaq üzrədir.


Tehranda cənazənin yola salınması üçün 3 günlük vida mərasimi və ən azı 24 saat davam edəcək dəfn yürüşü planlaşdırılıb. Hazırda mərasimin keçiriləcəyi yer dəqiqləşdirilir.


Xatırladaq ki, İranın keçmiş lideri Xamenei ABŞ-İsrail hücumu nəticəsində 28 fevralda Tehranın Fələstin küçəsindəki evində həyat yoldaşı, gəlini və 14 aylıq nəvəsi ilə birlikdə öldürülüb.

Mənbə axar.az

Oxşar Xəbərlər