Dünya

Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər

02 Jun 2026, 18:50 2 baxış
Günəşdə "ürək döyüntüsü" aşkarlandı: Yer kürəsinə təsir edə bilər
Astronomlar Günəşin daxili "ürək döyüntüsü"nün dəyişdiyini müəyyən ediblər. Birmingem Universiteti alimlərinin sözlərinə görə, bu, ulduzun daxilindəki maqnit proseslərinin yenidən qurulmasını göstərə bilər ki, bundan da Günəş aktivliyi və Yerə təsir edən kosmik hava asılıdır. Oxu.Az-ın Gazeta.ru nəşrinə istinadən xəbərinə görə, tədqiqatın nəticələri "Monthly Notices of the Royal Astronomical Society" (MNRAS) jurnalında dərc edilib. Tədqiqatçılar Günəşin daxilində yayılan səs dalğalarını öyrənən helioseysmologiyadan istifadə ediblər. Bu dalğalanmalar ulduzun daxilinə nəzər salmağa və səthdə görülməsi mümkün olmayan dəyişiklikləri izləməyə imkan verir. Alimlər 1987-ci ildən 2025-ci ilə qədər "BiSON" teleskop şəbəkəsi tərəfindən toplanan məlumatları təhlil ediblər. Məlum olub ki, təxminən 23-cü Günəş dövründən başlayaraq ulduzun daxili dalğalanmaları ilə onun aktivliyinin ənənəvi göstəriciləri arasındakı əlaqə tədricən dəyişir. Tədqiqat müəlliflərinin fikrincə, Günəşin maqnit aktivliyi getdikcə birbaşa fotosferin - ulduzun görünən səthinin altındakı nazik təbəqədə cəmləşir. Bu, daxili maqnit proseslərinin dərindən yenidənqurulmasını göstərə bilər. Son aktivlik dövrləri tədqiqatçıların xüsusilə diqqətini çəkib. 24-cü dövrün nisbətən zəif, 25-ci dövrün xarici əlamətlərə əsasən orta dərəcədə olmasına baxmayaraq, daxili dalğalanmalar haqqında məlumatlar göstərir ki, Günəşdə baş verən proseslər əvvəllər düşünüləndən daha mürəkkəbdir. "Səthin ənənəvi müşahidələri tam mənzərəni əks etdirmir. Ola bilsin ki, Günəş onilliklər ərzində inkişaf edəcək yeni bir davranış rejiminə daxil olur", - deyə tədqiqatın rəhbəri, Birmingem Universitetinin professoru Bill Çaplin vurğulayıb. Günəş aktivliyi geomaqnit qasırğaların tezliyinə və Yerətrafı kosmik məkanın vəziyyətinə birbaşa təsir etdiyi üçün Günəşin daxilində baş verən dəyişiklikləri anlamaq uzunmüddətli kosmik hava proqnozlarının dəqiqliyini artırmaq üçün vacibdir. Alimlər indi aşkarlanan dəyişikliklərin müvəqqəti olub-olmadığını və ya ulduzumuzun həyatında yeni bir mərhələnin başlanğıcını göstərdiyini müəyyən etmək üçün cari və növbəti Günəş dövrləri ərzində müşahidələri davam etdirmək niyyətindədirlər. Daha əvvəl isə alimlər ilk dəfə olaraq uzaq kosmosdan gələn sirli radiosiqnalı deşifrə etmişdilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər