Dünya
Belçikada qəfil tətil: Hava məkanı tamamilə bağlandı, bütün uçuşlar ləğv edildi
Belçikada hava hərəkətini idarə edən dispetçerlərin əvvəlcədən elan etmədən qəfil tətilə başlaması ölkədə hava nəqliyyatını tamamilə iflic edib. xəbər verir ki, bu barədə Brüssel Beynəlxalq Aeroportunun mətbuat xidməti rəsmi açıqlama yayıb. Hava limanından bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar bütün aviaşirkətlər çərşənbə axşamı günü yerli vaxtla saat 12:00-dan 19:00-a qədər (Bakı vaxtı ilə saat 14:00-dan 21:00-adək) planlaşdırılan bütün uçuşları təcili şəkildə ləğv etmək məcburiyyətində qalıblar. Hazırda aeroportun elektron məlumat lövhəsindəki bütün reyslərin qarşısında "ləğv edilib" statusu qeyd olunub. Brüsselə enməli olan təyyarələr isə qəbul edilmir və məcburi şəkildə qonşu ölkələrin hava limanlarına yönləndirilir.
Mənbə
oxu.az