Cəmiyyət
Digah kəndində həyətlər SU ALTINDA QALIB - FOTO - VİDEO
Ölkə ərazisində intensiv yağışlar Abşeron rayonunun Digah kəndinin sakinlərinə ciddi ziyan vurub. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, yağışlardan sonra kənd ərazisindəki gölün daşması səbəbindən bir çox evlərin həyətləri su altında qalıb. "Kənddə acınacaqlı vəziyyət yaranıb, amma tədbir görən yoxdur", - deyə şikayətdə bildirilir. Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA), Abşeron RİH-in və yerli bələdiyyənin rəhbər şəxsləri ərazidədirlər. "Ölkə ərazisində müşahidə edilən intensiv və normadan artıq yağan yağışlardan sonra göl ətrafında bənd və bərkitmə işləri görülüb. Lakin buna baxmayaraq, dünən gecə saatlarında güclü külək nəticəsində gölün bir hissəsində bəndin açılması və bununla əlaqədar olaraq fərdi yaşayış evlərinin subasmaya məruz qalması müşahidə edilib. Hazırda FHN-in, ADSEA-nın, Abşeron RİH-in və yerli bələdiyyənin rəhbər şəxsləri ərazidədirlər. Texnikalar gətirilib, suyun kənarlaşdırılması işlərinə başlanılıb. O cümlədən hazırda gölətrafı bəndlərin gücləndirilməsi işləri həyata keçirilir. Bir neçə ailə də müvəqqəti kirayə evlərlə təmin edilib", - deyə məlumatda vurğulanıb.

Mənbə
oxu.az