Cəmiyyət

Bir zamanlar uşaq olanlar danışdılar: Beş yaşlı özünüzə nə hədiyyə edərdiniz? - SORĞU - VİDEO

01 Jun 2026, 14:44 2 baxış
Bir zamanlar uşaq olanlar danışdılar: Beş yaşlı özünüzə nə hədiyyə edərdiniz? - SORĞU - VİDEO
Uşaqlıq insan həyatının ən rəngli, ən qayğısız və ən səmimi dövrü hesab olunur. Elə bir dövrdür ki, xoşbəxt olmaq üçün kiçik bir oyuncaq, oyun oynamaq və ya dostlarla keçirilən bir neçə saat kifayət edir. İllər keçsə də, uşaqlıq xatirələri insanların yaddaşında ən doğma hisslərdən biri kimi qalır. Məhz bu gün - 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Oxu.Az-ın əməkdaşları bu gün münasibətilə şəhər sakinləri arasında sorğu keçiriblər. Sorğu zamanı sakinlərə "Əgər imkanınız olsaydı, beş yaşlı özünüzə hansı hədiyyəni verərdiniz?" sualı ünvanlanıb. Eyni zamanda sakinlərin indiki uşaqlarla keçmişin uşaqları arasındakı fərqlərlə bağlı fikirləri də öyrənilib. Ətraflı videomaterialı təqdim edirik:
Mənbə oxu.az

Oxşar Xəbərlər