Cəmiyyət

Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin SAYI AÇIQLANDI

01 Jun 2026, 11:56 1 baxış
Bayram günlərində təcili tibbi yardıma müraciət edənlərin SAYI AÇIQLANDI
"Bayramla əlaqədar qeyri-iş günlərində təcili tibbi yardım xidmətinə 9 mindən çox müraciət daxil olub". Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, Mərkəz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib: "Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 27.05.2026 - 31.05.2026-cı il tarixlərində 9 592 çağırış daxil olub. Bu çağırışlar üzrə 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Bakı şəhəri üzrə ən çox müraciət 28 may 2026-cı il tarixində qeydə alınıb. Belə ki, müraciət sayı 2 061, hospitalizasiya olunanların sayı 190 nəfər təşkil edib. Çağırış səbəbləri əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub".
Mənbə oxu.az

Oxşar Xəbərlər