Digər

İran İsrailə daha çox zərbə endirməyə hazırdır - İddia

01 Jun 2026, 09:17 2 baxış
İran İsrailə daha çox zərbə endirməyə hazırdır - İddia

İran yeraltı raket bazalarına çıxışı bərpa etdikdən sonra İsrailə və digər Yaxın Şərq ölkələrinə daha çox raket atmağa hazırdır.


Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


"İran tez bir zamanda arsenalını üzə çıxardıqdan sonra İsrailə və digər Yaxın Şərq ölkələrinə daha çox uzaqmənzilli raketlər atmağa hazırdır", - məlumatda deyilib.


Amerikalı tədqiqatçı Sem Leyr qeyd edib ki, İran istehsal dayandırılsa belə, buraxılış qurğuları və onları idarə edəcək insanlar olduğu müddətcə raket hücumlarını davam etdirə bilər.


Qeyd edək ki, CNN İranın ABŞ-ın bombardmanları nəticəsində girişləri bloklanan 18 böyük yeraltı raket anbarına çıxışı bərpa etdiyini bildirmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər