Digər

BMT iflasla üzləşə bilər

01 Jun 2026, 08:00 1 baxış
BMT iflasla üzləşə bilər

Fikir ayrılıqlarına görə ABŞ və Çinin öz haqlarını ödəməkdən imtina etməsi səbəbindən BMT maliyyə çöküşü və iflas təhlükəsi ilə üz-üzədir.


Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.


"BMT-nin Baş katibi Antonio Quterreş çıxışlarında təşkilatın sürətlə iflasa yaxınlaşdığı barədə xəbərdarlıq edib.


Mövcud büdcə trayektoriyasına əsasən, təşkilat 2026-cı il avqustun ortalarına qədər vəsaitlərini tükəndirəcək.


ABŞ da daxil olmaqla, 4 milyard dollardan çox borcu olan bəzi ölkələrin borcları ödəməməsi səbəbindən BMT büdcə kəsiri ilə üzləşib. Bu vəziyyət təşkilatı xərcləri azaltmağa məcbur edir",- məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər