Digər
Zelenski islahatlara başlayır: Sırskini o əvəz edə bilər
Ukrayna Prezidenti Vladimir Zelenski yaxın gələcəkdə Silahlı Qüvvələrin rəhbərliyində kadr dəyişikliyi etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" vəziyyətlə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini tutduğu vəzifədən uzaqlaşdırmaq niyyətindədir:
"Onu (Aleksandr Sırski) prezident ofisinin rəhbəri Kirill Budanov əvəzləyə bilər. Zelenski energetika nazirini ölkənin baş naziri postuna qaytarmaq istəyir. Bu kadr məsələləri ilə bağlı qərarlar ABŞ Konqresinə seçkilərə yaxın, yəni noyabrın əvvəlində veriləcək".
Mənbə
axar.az