Digər
"Arsenal"ın çempionluq paradını 1 milyon azarkeş izlədi
"Arsenal" Futbol Klubunun Londonda keçirilən çempionluq paradını 750 min ilə 1 milyon arasında azarkeş izləyib.
Axar.az-ın PA xəbər agentliyinə istinadən məlumatına görə, bu, İngiltərə Premyer Liqası (EPL) çempionlarını daşıyan üstü açıq avtobusun keçdiyi təxminən 9 kilometrlik marşrutda növbəyə duran insanların sayıdır.
"Tayms" qəzeti də oxşar bir qiymətləndirmə ilə çıxış edib: "Topçular"ın 22 ildə ilk titulunu qeyd etmək üçün təxminən 800.000 insan gəlib.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi 22 illik fasilədən sonra “Arsenal” olub.
Mənbə
axar.az