Digər

Avropada iki ölkənin birləşməsinin anonsu verildi - Rəsmi

01 Jun 2026, 01:55 2 baxış
Avropada iki ölkənin birləşməsinin anonsu verildi - Rəsmi

Moldovanın xarici işlər naziri Mixay Popşoy Rumıniya ilə birləşmə ehtimalından danışıb.


Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, nazir bu ideyaya müsbət yanaşdığını ifadə edib.


O, Rumıniya vətəndaşı olduğunu xatırladaraq, belə bir təşəbbüs irəli sürülərsə, onun əleyhinə verməyəcəyini deyib.


Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar Moldova vətəndaşlarının iradəsindən asılıdır.


Xatırladaq ki, daha əvvəl Rumıniya Prezidenti Nikuşor Dan də bildirmişdi ki, əgər Moldova cəmiyyəti iki ölkənin birləşməsinə dəstək verərsə, Buxarest bu prosesi müzakirə etməyə və həyata keçirməyə hazırdır.

Mənbə axar.az

Oxşar Xəbərlər