Digər

İrandan cavab: Tramp saziş mətninə dəyişiklik etsə...

01 Jun 2026, 00:13 2 baxış
İrandan cavab: Tramp saziş mətninə dəyişiklik etsə...

İran ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında hazırlanmış saziş mətninə dəyişiklik etməyə çalışacağı təqdirdə öz əlavələrini və düzəlişlərini irəli sürəcək.


Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.


Mənbənin sözlərinə görə, Trampın saziş mətninə hər hansı dəyişiklik etməsi Tehranın həmin düzəlişləri avtomatik qəbul edəcəyi anlamına gəlmir.


Bildirilib ki, Vaşinqtonun addımlarına İran tərəfindən mütləq cavab veriləcək və rəsmi Tehran öz mövqeyini ortaya qoyacaq.


Agentliyin həmsöhbəti vurğulayıb ki, İran sazişin imzalanmaması variantına da tam hazırdır.


Qeyd edək ki, bundan əvvəl "Nyu York Tayms" qəzeti Donald Trampın İranla mümkün razılaşmanın şərtlərini sərtləşdirdiyini və yenilənmiş təklifləri Tehran tərəfinə göndərdiyini yazmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər