Digər

Hizbullah İsrailə 20-dən çox raket zərbəsi endirdi

31 May 2026, 23:31 3 baxış
Hizbullah İsrailə 20-dən çox raket zərbəsi endirdi

Hizbullah qruplaşması İsrailin şimalındakı yaşayış məntəqələrinə raket zərbələri endirib.


Axar.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb.


Məlumata görə, günün ikinci yarısında Qərbi Qalileya istiqamətində 20-dən çox raket buraxılıb, burada hava həyəcanı aktivləşdirilib.


Hizbullahın rəsmi bəyanatında hücumların hədəflərinin Hayfanın şimal hissəsindəki və Livan sərhədindən 7 kilometr məsafədə yerləşən Nahariya şəhərindəki İsrail bazaları olduğu bildirilib.


Qeyd edək ki, bundan öncə İsrailin şimal ərazilərinə dronla zərbə endirildiyi açıqlanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər